Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turniri keçiriləcək.
Sportarena.az xəbər verir ki, martın 20-22-də baş tutacaq yarışa Azərbaycan millisi də qatılacaq.
Məşqçilər korpusu heyətə 20 idmançı cəlb edib.
Kişilərin yarışında Orxan Səfərov, Mehman Sadıqov (hər ikisi 60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Rüstəm Alimli, Abdulhaq Rəsullu (hər ikisi 81 kq), Ramin Qurbanov, Tural Səfquluyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) mükafatçılar sırasına düşməyə çalışacaq.
Qadınların mübarizəsində isə Ayişə Qurbanlı (48 kq), Zəkinə Zairova (52 kq), Xanım Hüseynova, Nuriyyə Axundova (hər ikisi 63 kq), Nərgiz İbrahimov, Validə Mirzəzadə (hər ikisi 70 kq) və Leyla İsgəndərli (78 kq) tatamiyə çıxacaqlar.