“Komanda martın 24-ü toplanandan sonra bir-çox futbolçu əvəzedici heyətə göndəriləcək”.
Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu bildirib.
Cəbrayıloğlu heyətdə köklü dəyişikliklər ola biləcəyini bilirib:
“Bu oyunçuların kim olacağına baş məşqçi qərar verəcək. Oyundan sonra Elbrus Məmmədov soyunub-geyinmə otağında futbolçulara özü bildirdi ki, komanda martın 24-ü toplanandan sonra bir-çox futbolçu əvəzedici heyyətə göndəriləcək. Kim ki, daha istəklə vuruşur əsas heyətdə qalacaq”. – deyə Cəbrayıloğlu deyib.