İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “İnter” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Bakı” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 78-ci dəqiqəsində “Bakı” klubunun 29 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub .