Ümumdünya Dopinq Əleyhinə Mübarizə Komitəsi (USADA) məşhur raketka ustasının karyerasına sözün həqiqi mənasında son qoyub.
Sportarena.az xəbər verir ki, amerikalı tennisçi Ueyn Odesnik dopinqdən istifadə etdiyi üçün 15 illik diskvalifikasiyaya məruz qalıb. Bu isə o deməkdir ki, dünyanın sabiq 77-ci “raketka”sı 2030-cu il yanvarın 29-na kimi kortda görünməyəcək. O zaman onun 44 yaşı olacaq.
Dopinq-testdən keçərkən Odesnikdən götürülən nümunələr qurumun laboratoriyasına göndərilib. Cavab müsbət çıxıb. Onun qanında qadağan olunmuş preparat (metabolit) aşkarlanıb.
2010-cu ildə həmin bu tennisçi boy hormonlarını “saxladığı” üçün cərimələnmişdi.
29 yaşlı idmançının Avstraliya-2015 Açıq çempionatındakı bütün nəticələri ləğv edilib.