Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun II qrupunun növbəti oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, Bakıda baş tutan qrupda millimiz 2-ci görüşünə çıxacaq. Mirbağır İsayevin yetirmələri Portuqaliya yığması ilə qarşılaşacaq. İlk görüşdə Xorvatiyaya 0:4 hesabı ilə uduzan komandamız pireneylilərlə görüşdə üç xal arzusundadı.
19 mart
Portuqaliya - Azərbaycan 3:0
Qollar: Qomeş, 13, 18; Kassama, 37