Qadın voleybolçular arasında CEV kubokunun yarımfinal oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Sportarena.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası Azərbaycan çempionu “Rabitə”in Krasnodar “Dinamo”su ilə səfər qarşılaşmasına Ahti Huntaniska (Finlandiya) əsas referi təyin edib.
Martın 24-də olacaq matçda köməkçi-hakim funksiyasını Stefan Qrieder (İsveçrə) yerinə yetirəcək.
Bu qarşılaşmadan 4 gün sonra paytaxtımızda keçiriləcək cavab oyununda isə belaruslu Çavdar Maryevlə macarıstanlı Qyula Tillmann ədaləti qoruyacaqlar.