Çempionlar Liqasında 1/8 final mərhələsinin bu həftə keçirilən oyunlarına əsasən simvolik komanda açıqlanıb.
Sportarena.az xəbər verir ki, “11-lik” 3-4-3 sxeminə uyğun qurulub.
Maraqlıdı ki, simvolik heyətdə ən çox futbolçu ilə təmsil olunan klub “Yuventus”du. Dortmund “Borussiya”sını cavab görüşündə darmadağın edən “qoca sinyora”dan 3 oyunçu bu heyətdə özünə yer edə bilib. “Barselona”, “Atletiko” və uduzmasına baxmayaraq, “Monako”dan 2 futbolçu rəmzi komandaya düşüb.
Həftənin ən yaxşı futbolçusu isə “Barselona” ilə qarşılaşmada möhtəşəm qurtarışlara imza atan “Mançester Siti”nin qapıçısı Co Hart seçilib.
Simvolik “11-lik” belədi:
Qapıçı: Co Hart (“Mançester Siti”)
Müdafiəçilər: Leonardo Bonuççi, Patris Evra (hər ikisi “Yuventus”), Aymen Abdennur (“Monako”)
Yarımmüdafiəçilər: Mario Suares (“Atletiko”), Ceremi Tulalan (“Monako”), Məsut Özil (“Arsenal”), İvan Rakitiç (“Barselona”)
Hücumçular: Antuan Qrizmann (“Atletiko”), Karlos Tevez (“Yuventus”), Lionel Messi (“Barselona”)
Qeyd edək ki, bu həftə keçirilən oyunlarda “Atletiko” “Bayer”i, “Arsenal” “Monako”nu, “Barselona” “Mançester Siti”ni, “Yuventus” isə “Borussiya”nı məğlub edib.