Azərbaycan Premyer Liqasının 26-cı turunda istirahət edən “Neftçi” klubu milli komandamızın Malta ilə keçirəcəyi oyun səbəindən çempionatda yaranan fasilədən səmərəli istifadə etmək fikrindədir.
Klubdan sportarena.az saytına verilən məlumata görə, komanda martın 23-də yoxlama görüşündə qüvvəsini sınayacaq. “Neftçi”nin hansı klubnan qarşılaşacağı sabah məlum olacaq. Çox gümün ki, “Neftçi”yə 1-ci dvizion klubu rəqib olacaq.