PSJ-nin futbolçusu Zlatan İbrahimoviçin cəzası bəlli olub.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında "Çelsi"yə qarşı cavab matçında (2:2) meydandan qovulan isveçli hücumçu bir oyunluq cəzalandırılıb.
Beləliklə, Z.İbrahimoviç Çempionlar Liqasının 1/4 finalının ilk görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, Z.İbrahimoviç "Çelsi"yə qarşı oyunun 31-ci dəqiqəsində rəqibin futbolçusu Oskara qarşı kobuq oynadığı üçün qırmızı vərəqə almışdı.