"Xəzər Lənkəran" azarkeşi əfv olundu

00:26 20 Mart 2015

Azərbaycan prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

 

Sportarena.az xəbər verir ki, əfv olunanlar arasında “Xəzər Lənkəran” azarkeşi də var.

Üç azarkeş 2013-cü ilin avqust ayında Lənkəran stadionunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən hadisələrə görə xuliqanlıq ittihamı ilə məhkəmə tərəfindən 3-il müddətinə azadlıqdan məhrum edilmişdilər. 1962-ci il təvəllüdlü “Xəzər Lənkəran” azarkeşi olan Abdullayev Elçin Lənkəran rayon məhkəməsinin 2014-cü il 12 fevral tarixli hökmü ilə məhkum edilmişdi. Abdullayev, artıq azadlığa buraxılıb. Digər iki azarkeşin isə həbs müddəti davam edir.(12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti