Legionerlər getdi, Qriroqçuk qaldı

12:16 20 Mart 2015

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında fasilə yarandığından “Qəbələ” futbolçuları istirahətə buraxılıb.

 

Sportarena.az xəbər verir ki, XXVI turun “İnter”lə səfər oyunundan (2:1) sonra bəzi legionerlər vətəninə yollanıb, yerli oyunçular isə düşərgədən ayrılıb. Baş məşqçi ukraynalı Roman Qriqorçuk və bəzi legionerlər fasilə dövründə də Azərbaycanda qalmağa üstünlük verib. Fasilədən sonra baş tutacaq ilk turu buraxacaq “qırmızı-qaralar” hazırlıqlarını martın 23-də bərpa edəcək. Həmin gün Qriqorçukun yetirmələri Qəbələdə axşam məşqinə çıxacaq. Lakin millilərin düşərgəsində olan futbolçular hazırlıqlara qatılmayacaq. 
Qeyd edək ki, “Qəbələ” növbəti oyununu aprelin 5-də AZAL-a qarşı keçirəcək. XXVIII tur çərçivəsindəki qarşılaşma səfərdə baş tutacaq. (Klub saytı)


Digər xəbərlər

Xəbər xətti