"Barselona" azarkeşlərinə "donuz" deyən jurnalist cəzalandırıldı

12:45 20 Mart 2015

İspaniya futbolu tarixində ilk dəfə jurnalist azarkeşləri təhqir etdiyi üçün cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, İspaniya Peşəkar Futbol Liqası (LFP) futbolda şiddətin qarşısını almaq üçün başlatdığı kampaniya çərçivəsində mətbuat nümayəndəsini 60 min avro cərimələyib.

Televiziya verilişlərinin birində qonaq olan Armando Roble mayda keçiriləcək Kral Kuboku finalında kralı fitə basacaq azarkeşlərə efir vasitəsilə "donuz" deyib. LFP-nin qərarına əsasən, təkrar belə hal baş verərsə, bu dəfə Armandonu 6 aydan 2 ilədək həbs gözləyəcək.

 


Digər xəbərlər

Xəbər xətti