2019-cu ildə qadınlar arasında keçiriləcək dünya çempionatının məkanı bəlli olub.
Sportarena.az xəbər verir ki, mundial Fransada baş tutacaq.
Bu haqda bu gün İsveçrənin Sürix şəhərində keçiriliən FİFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edib.
Qeyd edək ki, daha əvvəl dünya çempionatının keçrilməsinə 5 ölkə - İngiltərə, Fransa, Cənubi Koreya, Yeni Zelandiya və Cənubi Afrika namizədliyini irəli sürmüşdü. Lakin 2 iddiaçıdan Fransa və Cənubi Koreya arasında seçimdə Avropa təmsilçisi qalib ayrılıb. Hazırkı çempionlar isə Yaponiya yığmasıdı. DÇ-2015 isə Kanadada təşkil ediləcək.