UEFA-nın ardınca fransızlar da İbrahimoviçi cəzalandıracaq

14:45 20 Mart 2015

UEFA-dan sonra Fransa Futbol Federasiyası da PSJ-nin hücumçusu Zlatan İbrahimoviçə cəza tədbiq edə bilər.

 

 

Sportarena.az xəbər verir ki, isveçli futbolçunun Fransa liqasının “Bordo”ya qarşı keçirilən matçında hakimi təhqir etdiyi iddia olunur.

Vəziyyəti aydınlaşdırmaq üçün İbrahimoviç Fransa Futbol Federasiyasına çağırılıb. Əgər futbolçunun hakimi təhqir etdiyi sübut olunsa, ona dörd oyunluq cəza tədbiq olunacaq.

Xatırladaq ki, bundan öncə UEFA İbrahimoviçi bir matçlıq cəzalandırıb.

 


Digər xəbərlər

Xəbər xətti