Azərbaycan futbolunun veteranı Vəli Qasımov UEFA-nın PRO kateqoriyasına layiq görülüb.
Sportarena.az xəbər verir ki, o, 9 başqa mütəxəssislə yanaşı Kiyevdəki Futbol evində diplomla təltif olunub.
Qeyd edək ki, Qasımovla yanaşı PRO kateqoriyasına layiq görülən məşqçilərdən biri də Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenkodur. Məşqçilər diplomları tanınmış ukraynalı mütəxəssis Yozef Sabonun əlindən alıblar.