“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilə ilə əlaqədar futbolçularına üç günlük istirahət verib.
Sportarena.az xəbər verir ki, komanda fasiləyə martın 19-da yollanıb.
Martın 22-də “Qarabağ” Premyer Liqada 27-ci turda qarşılaşacağı “İnter”lə oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu aprelin 1-də keçiriləcək.