FIFA-nın vitse-prezidenti Cim Boys 2016 Rio Olimpiadasında Böyük Britaniya millisinin çıxış etməsi üçün şərtləri açıqlayıb.
Sportarena.az xəbər verir ki, bunun üçün Böyük Britaniyanın tərkibinə daxil olan hər 4 ölkənin (İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya) razılığı lazımdır. İngiltərə Futbol Federasiyası belə təklifi irəli sürsə də, Şotlandiya tərəfindən buna etiraz edilib.