Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin keçirilmiş Ukrayna – Azərbaycan oyununda qonaqlar qalib oldu.
Sportarena.az qonaqların baş məşçisi Aleksandr Kosenkonun oyun barədə fikirlərini diqqətinizə çatdırır.
“Oyun istər məzmun, istər mübarizə baxımından maraqlı alındı. Qələbə qazanmaq istəyirdik, bilirdik ki, heç-heçə bizi qane etmir. Azərbaycan millisinin möhtəşəm azarkeş dəstəyi vardı. Bununla belə, məqsədimizə çatdıq. Nə qədər təzadlı olsa da, heç-heçənin bizə sərfəli olmaması psixoloji baxımdan işimizə yaradı”.