Azərbaycan Premyer Liqasının 2014/15 mövsümündə 15 avtoqol qeydə alınıb. Əslində cari mövsümdə 16 avtoqol qeydə alınmalı idi. Lakin I turun "Qarabağ" - "Sumqayıt" matçının nəticəsi birincilər limiti pozuğu üçün ləğv olunub və gənclik şəhəri təmsilçisinə teхniki məğlubiyyət verilib. Bu səbəbdən də Bəxtiyar Həsənalızadənin avtoqolu ləğv edilib.
Qalan 15 avtoqol 9 komandanın passivindədi. Ən çoх AZAL-ın futbolçuları öz qapılarına qol vurublar. Belə ki, "təyyarəçilər" 4 dəfə belə topa üzülüb. "Bakı", "Neftçi" və "Qarabağ"ın oyunçuları 2 dəfə qapıları səhv salıb. "Simurq", "Qəbələ", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" bir dəfə avtoqola üzülüb.
Sportarena.az xəbər verirk ki, avtoqola sevinən komandaların sayı isə 6-dı. Ən çoх "Xəzər Lənkəran" və "Qarabağ" səhvən vurulan qolları bayram edib - 4 dəfə. "Qəbələ" 3, "Simurq" 2, "Neftçi" və "İnter" dəfə avtoqola sevinib.
15 avtoqol 14 futbolçunun passivinə yazılıb (nəticəsi ləğv olunan "Qarabağ" - "Sumqayıt" oyununda Bəхtiyar Həsənalızadənin avtoqolu hesaba alınmayıb). AZAL-dan Eltun Yaqublu iki dəfə topu öz qapısına göndərib. O, "Neftçi" və "Qarabağ"la oyunlarda qapıları səhv salıb.
II tur
Simurq - AZAL 2:0
Tural Nərimanov (AZAL)
IV tur
Neftçi - Simurq 2:1
Karlos Kardoso (Neftçi)
XI tur
Neftçi - AZAL 4:0
Eltun Yaqublu (AZAL)
Xəzər Lənkəran - Simurq 2:1
Benjamin Lambot (Simurq)
XII tur
AZAL - Qəbələ 3:3
Laşa Kasradze (AZAL)
XIII tur
Qarabağ - AZAL 2:1
Eltun Yaqublu (AZAL)
XV tur
Xəzər Lənkəran - Qəbələ 3:0
Ruslan Tağızadə (Qəbələ)
XVII
Xəzər Lənkəran - Qarabağ 2:3
Qara Qarayev (Qarabağ)
XVIII tur
Qarabağ - Sumqayıt 2:0
Vurğun Hüseynov (Sumqayıt)
XIX tur
Bakı - Qəbələ 0:2
Vüqar Bəybalayev (Bakı)
XX tur
Qarabağ - Bakı 4:1
Azad Kərimov (Bakı)
Xəzər Lənkəran - İnter 1:2
Fuad Bayramov (İnter)
XXIV tur
Qarabağ - Qəbələ 0:1
Namiq Ələsgərov (Qarabağ)
XXV tur
Neftçi - İnter 2:0
Məqsəd İsayev (Neftçi)
Qarabağ - Xəzər Lənkəran 1:0
Elvin Mirzəyev (Xəzər Lənkəran)