Azərbaycanın rəqibi iyunun 10-da müəyyənləşəcək

16:49 22 Mart 2015

Futzal üzrə Azərbaycan yığmasının AÇ-2016-nın pley-off mərhələsindəki rəqibi iyunun 10-da müəyyənləşəcək.

 

Sportarena.az xəbər verir ki, millimizin potensial rəqibləri Bosniya və Herseqovina, Macarıstan, Belarus, Çexiya, Slovakiya, Qazaxıstan və Rumıniyadır.

Azərbaycan yığması AÇ-yə vəsiqə qazanmaq üçün məhz bu komandalardan biri ilə iki oyun keçirəcək. İki oyunun nəticəsinə əsasən güclü olacaq komanda qitə birinciliyinə vəsiqə qazanacaq.

Qeyd edək ki, həmin oyunlar sentyabrın 15-22-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti