Övladına görə Azərbaycanla matçdan imtina etdi

14:26 23 Mart 2015

Malta millisinin lider futbolçularından olan Klayton Failla martın 28-də Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək.

 

Sportarena.az Malta mətbuatına istinadən xəbər verir ki, Failla doğuş ərəfəsində olan həyat yoldaşının yanında qalmaq qərarı verib. Bu həftə futbolçunun övladının dünyaya gələcəyi gözlənilir.

Beləliklə, üzürlü səbəbdən K.Failla martın 25-də Tiflisdə Gürcüstanla yoxlama, martın 28-də isə Azərbaycanla rəsmi oyunu buraxmalı olacaq.

 


Digər xəbərlər

Xəbər xətti