Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında finalçıların adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” yarımfinal səddini aşa bilməyib.
Finalda EX-ə rəqib olmaq üçün “İBK Atlos”la üz-üzə gələn Seul təmsilçisi ikinci matçda da eynihesablı məğlubiyyətə üzülüb – 1:3 (21:25, 20:25, 25:22, 19:25).
Rəhimova qarşılaşmada 43 xal (38 hücum, 4 eys, 1 blok) toplasa da, “Hyundai” yarışla vidalaşıb və çempionatı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, 2 il öncə yığmamızın digər hücumçusu Yana Ağayeva da “Hyundai”nin heyətində eyni aqibəti yaşamışdı.