Milli komandamızın Malta ilə qarşılaşması ilə əlaqədar Premyer Liqada yaranan fasilədən “Neftçi” yoldaşlıq oyununda qüvvəsini sınamaqla istifadə edib.
Klubdan Sportarena.az saytına verilən məlumata görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 1-ci Dvizion klubu “Qaradağ Lökbatan”la qarşılaşan paytaxtlılar qollu sülhə razılaşıb. Görüşdə “Neftçi”dən Kanales, “Qaradağ Lökbatan”dan isə İlham Allahverdiyev fərqlənib – 1:1.