Sabiq "Xəzər Lənkəran"lı qol vurdu, Mahir Şükürov üzüldü - VİDEO

16:45 23 Mart 2015

Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə "Samsunspor"la qarşılaşıb. Matç Mahirin klubunun 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Mahir sonadək mübarizə aparıb. O, 45-ci dəqiqədə sarı vərəqə almaqla yadda qalıb.

 

Qeyd edək ki, "Karşıyaka" hazırda 36 xalla 8-ci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti