17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Mirbağır İsayevin postundan istefa verdiyini xəbər vermişdik.
Sportarena.az saytına etibarlı mənbədən daxil olan məlumata görə İsayev millinin sükanı arxasından getməyəcək. Buna səbəb AFFA-nın prezidenti Rövnəq Abdullayevin gözlənilmədən məsələyə dolayı yolnan qarışmasıdır. Belə ki, Elxan Məmmədova təkidlə getmək istədiyini bildirən İsayev səhər saatlarında Rövnəq Abdullayevin adamlarının birindən millidə qalmaq tələbini alıb. Abdullayev İsayevə öz adamlarının biri ilə millidəki işini sona qədər görməyi tapşırıb. Bu tapşırıqdan sonra İsayevin millini tərk edəcəyi inandırıcı görünmür. Prezidentin tələbinə qarşı gəlməklə o öz karyerasını təhlükə altına qoya bilər.