Premyer Liqanın XXVII turu çərçivəsində doğma meydanda "İnter"i qəbul edəcək "Qarabağ" hazırlıqlara start verib.
Sportarena.az xəbər verir ki, 3 günlük istirahətdən sonra milliyə dəvət olunmayan legionerlər və yerli oyunçularla Ağdam klubu hazırlıqlarını bərpa edib.
Qeyd edək ki, "Qarabağ" - "İnter" matçı aprelin 1-i keçiriləcək.