UEFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin reqlamentini təsdiqlənib.
Sportarena.az xəbər verir ki, qərara əsasən, 52 millinin iştirak edəcəyi seçmə mərhələ 9 qrupdan ibarət olacaq.
Bu qruplardan 13 komanda mundiala vəsiqə qazanacaq. 7 qrupda 6, 2 qrupda isə 5 komanda mübarizə aparacaq. Qrup qalibləri dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə edəcək ki, daha 4 vəsiqənin sahibi isə pley-off oyunlarından sonra bəlli olacaq.
Qeyd edək ki, DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin oyunları 2016-ci ilin sentyabr və 2017-ci ilin noyabr tarixləri arası keçiriləcək.