Ukrayna və Rusiya milli komandaları “Avro-2016”nın final mərhələsinə vəsiqə qazansa, bir-biri ilə qarşılaşa bilərlər.
Sportarena.az xəbər verir ki, bu haqda UEFA İcraiyyə Komitəsinin üzvü Frantişek Lavrints bildirib. O deyib ki, həmin turnir Fransada keçiriləcəyindən püşkatma zamanı bu iki komandanın eyni qrupa düşməsi mümkündür.
“UEFA hesab edir ki, Ukrayna və Rusiya milli komandalarının bitərəf meydanda qarşılaşması problem yaratmayacaq” – deyə o qeyd edib.
Xatırladaq ki, iki ölkə arasındakı münaqişəli vəziyyətlə əlaqədar UEFA cari avrokuboklarda Ukrayna və Rusiya klublarının bir-birilə qarşılaşmasına qadağa qoyub.