“Fənərbağça” – “Beşiktaş” (1:0) oyununda davranışı ilə diqqət mərkəzinə düşən Emanuel Emenike “Fənərbağça”dan ayrılıb.
Sportarena.az xəbər verir ki, nigeriyalı futbolçu klubdan 2 günlük icazə alaraq vətəninə, 6 aydır görə bilmədiyi ailəsinin yanına yollanıb. Futbolçu martın 25-də komandaya qoşulacaq.
Qeyd edək ki, Emenike, dünən keçirilən derbi matçında yerli azarkeşlərin narazılığı ilə qarşılaşdığından formasını soyunaraq dəyişdirilməsini istəmişdi. Baş məşqçinin təkidindən sonra hərəkətlərinə son qoyan Emenike matçı bitirməyi bacarmışdı.