Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

00:51 24 Mart 2015

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2015-in elit mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, millimiz ilk oyununu martın 26-da Fransaya qarşı keçirəcək.

Həmin görüşü Monteneqrodan olan Nikola Dabanoviç idarə edəcək. Martın 28-də keçiriləcək İngiltərə, ayın 31-də baş tutacaq Danimarka ilə oyunlarımız isə isveçrəli Adrien Jakotteyə tapşırılıb.

 


Digər xəbərlər

Xəbər xətti