Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada fasilə yarandığı üçün futbolçularını qısa istirahətə buraxan "Simurq” hazırlıqlarını bərpa edib.
Sportarena.az xəbər verir ki, martın 19-da baş tutan XXVI turun "Bakı”ilə səfər oyunundan sonra 3 gün məşqlərə ara verən komanda Zaqatalada toplaşaraq novbəti turun hazırlıqlarına start verib.
Qeyd edək ki, "Simurq" növbəti turda doğma meydanında AZAL-ı qəbul edəcək. Matç aprelin 1-də baş tutacaq.