“Bizim yaxşı futbolçularımız var. İndi yalnız Malta ilə oyun barədə düşünürük”.
Sportarena.az xəbər verir ki, bu sözləri yığma komandamızın baş məşqçisi Robert Prosineçki deyib.
Xorvatiyanın Sport Z1 kanalına müsahibə verən təcrübəli mütəxəssis futbolumuzun gələcəyindən ümidli olduğunu bildirib: “Bizim oyunçularda istedad problemi yoxdu. Problem futbola baxışdadı. Gözəl futbol sərgiləməyə çalışacağıq. Bir neçə il ərzində Azərbaycan futbolu daha yüksək səviyyədə olacaq. Əsas məqsəd 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazır olmaqdı”.
Prosineçki Avro-2016-nın seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan Xorvatiya millisi barədə də danışıb: “Xorvatiya ciddi futbol oynayır. Bunu İtaliya ilə görüşdə gördük. Bu komandadan razı qalmaq lazımdı. Çünki belə kiçik ölkədən bu qədər istedadlı futbolçu çıxır. Təkcə futbol yox, digər idman növlərini də bura aid etmək olar. Mən Xorvatiya millisinin Avropa çempionatının final mərhələsində iştirakını gözləyirəm”.
Qeyd edək ki, yığmamız Robert Prosineçkinin rəhbərliyi altında ilk rəsmi matçını martın 28-də Maltaya qarşı keçirəcək.