UEFA türkiyəli hakim Cüneyt Çakıra növbəti təyinatını verib.
Sportarena.az xəbər verir ki, FİFA dərəcəli referi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində prinsipial qarşılaşmalardan birini idarə edəcək.
Çakır C qrupunda yer alan İspaniya ilə Ukrayna arasında martın 27-də Sevilyada keçiriləcək qarşılaşmada ədalət təmsilçisi olacaq. Bu görüşdə ona Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Görüşün 4-cü hakim funksiyasını Əmrə Eyisoy yerinə yetirəcək. Hüseyn Göçəklə Barış Şimşək isə əlavə köməkçi hakim kimi fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, 4 turdan sonra C qrupuna 12 xalla Slovakiya başçılıq edir. İspaniya və Ukraynanın isə aktivində 9 xal var.