Hazırda Moldoviyanın “Şerif” klubunda forma geyən rumıniyalı müdafiəçi Andrey Mureşan, yenidən sabiq klubu “Xəzər Lənkəran”a qayıda bilər.
Sportaren.az saytına Lənkəran təmsilçisində olan etibarlı mənbədən daxil olan məlumata görə, müdafiəsində ciddi problemlər olan “ağ-yaşıllar” futbolçuya şifahi təklif göndərib. Mureşanın təklifi müsbət qiymətləndirəcəyi gözlənilir ki, bu da növbəti mövsüm onun Premyer Liqada oynaya bilməsi ilə nəticələnə bilər.