"Azərbaycanla oyunda çox güc sərf etdik"

14:02 24 Mart 2015

Ukrayna futzal yığmasının üzvü Nikolay Beloçerkoveç "Avro-2016"nın seçmə mərhələsinin Bakıda keçirilən oyunları haqda danışıb. 

 

 

Sportarena.az xəbər verir ki, Ukrayna mətbuatına danışan futzalçı Azərbaycanla oyunun çətin keçdiyini bildirib: "Azərbaycana gedərkən hər şeyin belə cərəyan edəcəyini düşünmürdük. Ancaq hər şey əla alındı. Azərbaycanla oyunumuz çətin keçdi. Lakin daha çox qol vurmaq lazım idi. 

 

Məqsədimiz bütün rəqiblərə qalib gəlmək idi. İlk oyunumuzda Danimarka ilə az qala savaşdıq. Belçika ilə matçımızda bizim üçün qıcıqlandırıcı amil var idi. Çünki son Avropa çempionatında onlarla 0:0 bərabərə qalmışdıq. Lakin bu oyunlar bizim üçün asan keçmədi. Sadəcə, oyunlara çıxdıq və hər şey yaxşı alındı. Azərbaycanla oyunda nəsə düzəlişlər etməyə gərək yox idi. Hər kəs vəziyyəti yaxşı anlayırdı".


"Məncə, fiziki cəhətdən bu oyuna yaxşı hazırlaşmışdıq. Bəli, oyun asan keçmədi. Azərbaycanla oyunda çox güc sərf etdik. Bu oyun digər iki görüşdən daha ağır oldu. Düşünürəm ki, hakimliklə bağlı heç bir etiraz olmadı. Hər şey əla idi. Hakimlər oynamağa, mübarizə aparmağa imkan verdilər. Hətta hakimlərin meydan sahiblərinə rəğbətini də hiss etmədim" deyə ukraynalı futzalçı fikirlərini yekunlaşdırıb. 

 


Digər xəbərlər

Xəbər xətti