Martın 24-də Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
Sportarena.az xəbər verir ki, bu yaş qrupu üzrə ilk dəfə keçirilən Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparırlar.
Çempionatın ilk günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər yarışır.
Azərbaycan güləşçilərinin çempionatdakı ilk rəqibləri müəyyənləşib. Belə ki, Mircəlal Həsənzadə (57 kq) almaniyalı Nico Zarcone ilə, Məhəmməd Müslümov (65 kq) rumıniyalı Katona Zsolt ilə, Məhəmmədhacı Muxutov (74 kq) Ukrayna idmançısı Sergey Odinak ilə, Nurməhəmməd Hacıyev (97 kq) Macarıstan təmsilçisi Kristoff Vittman ilə qarşılaşacaq.