"Rəqib Azərbaycan da olsa..."

14:35 24 Mart 2015

“Milli komandanın oyunu zamanı hər zaman təzyiq olur. Rəqib Azərbaycan da olsa, Albaniyada olsa, bu təzyiqi hiss edirsən”.

 

 

 Sportarena.az xəbər verir ki, bu sözləri Serbiya yığmasının yarımmüdafiəçisi Filip Dyuriçiç deyib.
 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə keçiriləcək səfər qarşılaşması öncəsi fikirlərini bölüşən 23 yaşlı oyunçu rəqibdən çəkinmədiklərini bildirib: “İstənilən halda yığmanın heyətində ən yaxşı oyununu göstərməyə çalışırsan. Düzdü, bu dəfə işimiz çətin olacaq. Çünki rəqiblərimiz güclüdü. Portuqaliya təkcə Ronaldodan asılı komanda deyil. Onların Moutinyo, Nani kimi usta futbolçuları var. Biz seçmə mərhələyə uğurlu start götürməsək də, bu vəziyyəti düzəldə bilərik. Uğursuz nəticə bizi Lissabonda daha yaxşı oynamağa vadar edir. Portuqaliya üzərində qələbə şansımızın artmasına kömək edəcək”.


Xəbər xətti