11 oyun cəza alan məşqçi: “Bu AFFA-nın mənə 65 illiyim münasibəti ilə verdiyi hədiyyədir”.

14:45 24 Mart 2015

“Bu AFFA-nın mənə 65 illiyim münasibəti ilə verdiyi hədiyyədir”.

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Şuşa Qarabağ” klubunun baş məşqçisi Nadir Qasımov deyib.

 

1-ci dvizionun “Şuşa Qarabağ” – “Şəmkir” oyununda diqqət mərkəzinə düşən məşqçi özünü günahkar saymır.

 

Nadir Qasımov açıqlamasında hakimlərə təhqir etmədiyini, yalnız oyunda nə üçün olduğunu bilmədiyi Elçin Məmmədovu söydüyünü bildirib: “İnqilab (baş hakim İnqilab Məmmədovu nəzərdə tutur)  mənim oğlum yaşımdadır. Ona mən nə söyüş, nə təhqir edəcəm? Yalnız Elçin Məmmədova söyüş söydüm ki, onun da orada nə etdiyini bilmirdim. Oyuna təyinat almayan biri orada nə gəzir? Heç baş aça bilmirəm. Bu AFFA-nın mənə 65 illiyim münasibəti ilə verdiyi hədiyyədir. Çox sağ olsunlar”. – deyə baş məşqçi bildirib.

 

Qasımov, həmçinin nizam-intizam komitəsinin əvvəlki sistemə qayıtmasını məsləhət görüb: “Yaxşı olardı ki, əvvəlki kimi cəzalananları da iclasa dəvət edərdilər. Əvvəl belə idi... Kim cəza alırdısa dinlənilirdi. İndi isə adamın fikrini almamış cəza kəsirlər”. – deyə Qasımov bildirib.


Digər xəbərlər

Xəbər xətti