Milli komandanın seçmə mərhələ oyununa görə, Premyer Liqa klublarında futbolçulara verilmiş istirahət müddəti başa çatıb.
Sportarena.az xəbər verir ki, hələlik “Xəzər Lənkəran” bir araya gəlməyib.
Cənub təmsilçisi əslində bu gündən toplaşıb, XXVII turun hazırlıqlarına başlamalı idi. Lakin həm ot örtüyünün ideal vəziyyətə gəlməsinə, həm də həllini gözləyən bir neçə məsələyə görə komandanın planları dəyişib. Baş məşqçi Elbrus Məmmədov kollektivi martın 26-da Lənkəranda bir araya gətirmək qərarına gəlib.
Qeyd edək ki, “Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXVII turu çərçivəsində aprelin 1-də “Sumqayıt”ı qəbul edəcək.