“Neftçi”, kamerunlu futbolçusu Ernest Enforu bu mövsümdən etibarən heyətində saxlamaq fikrində deyil.
Sportarena.az saytına klubdakı mənbədən daxil olan məlumata görə, klubla “2+1” formatında müqaviləsi olan futbolçu iyul ayında komandadan rəsmən ayrılacaq.
Qeyd edək ki, afrikalı futbolçu 2013-cü ildə Belçikanın “Kortriyk” klubundan paytaxt təmsilçisinə gəlmişdi.