"Simurq" 3 itki ilə hazırlaşır

18:02 24 Mart 2015

Milli komandanın oyunu ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Simurq”da futbolçulara istirahət verilmişdi.

 

 

Spotarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq dünəndən məşqləri bərpa edən "Simurq" növbəti turun hazırlıqlarına start verib.

 

Çalışmalarda yalnız U-21-in heyətində olan Rəşad Əzizli, Vadim Abdullayev və Vüqar Mustafayev iştirak etməyiblər.

 

İlk məşq günü baş məşqçi Georgi Çixradze yetirmələrini elə də çox yormayıb. Qaçış və isinmə hərəkətlərindən sonra qısa ötürmələr və qruplara bölünərək "kvadrat" oynanılıb. Sonda ikitərəfli oyunla hazırlıq tamamlanıb. Bugünkü məşqdə isə əsasən fiziki gücün bərpasından ibarət çalışmalar yerinə yetirilib. 

 

Qeyd edək ki, "Simurq" Azərbaycan Premyer Liqasının XXVII turunda AZAL-ı qəbuk edəcək. Qarşılaşma aprelin 1-də, saat 15:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti