Türkiyə PTT I liqasında baş məşqçi istefası baş verib.
Sportarena.az xəbər verir ki, "Adanaspor"un çalışdırıcısı Güvənc Kurtar istefa verib.
Buna ötən gün I liqanın son turu çərçivəsində "Altınordu" ilə oyundakı məğlubiyyət (1:3) səbəb olub. Həmin qarşılaşmadan sonra azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun baş məşqçisi Kurtar işindən getmək istədiyini bildirib. Rəhbərlik 64 yaşlı mütəxəssisin istefasını qəbul edib.
Qeyd edək ki, Güvənc Kurtar 2014-cü ilin yanvar-may aylarında Bakının "Rəvan" klubunda işləyib.