"Atletiko" baş məşqçisi Dieqo Simeone ilə müqaviləni yenilədiyini təsdiqləyib.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin iyunun 30-na qədər uzadılıb.
Müqavilənin maddi tərəfi haqda məlumat verilməyib.
İmzalanma mərasimindən sonra D.Simeone deyib:
"Mənim üçün xüsusi günlərdən biridir. Klub rəhbərliyinin məşqçi heyətinə olan inamı məni qürurlandırır. Futbolçularım yaxşı oyunu sayəsində daha beş il burada işləyəcəm. Onlar olmasaydı, uğurlar qazanmazdım. "Atletiko"da qalmağı üstün tutdum, çünki bura mənim evimdir".
Qeyd edək ki, D.Simeone ötən mövsüm "Atletiko" ilə İspaniya La Liqasının qalibi olub.