“Ora yalnız bu gün üçün ən güclülər gedəcək”.
Ermənistanın Milli Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan “Qolos Armeni”yanın Bakıda keçiriləcək Avropa Oyunları-2015-ə dair suallarına cavab verib.
Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Oyunlarda iştirak etmək qərarı qəbul edilərkən Ermənistan MOK-un iclası necə keçdi?
- Hələ keçən il Beynəlxalq və Avropa olimpiya komitələrinin prezidentləri Tomas Bax və Patrik Hikki İrəvana səfəri zamanı Ermənistan MOK-un rəhbəri müştərək mətbuat konfransında bildirmişdi ki, onlar Avropa Oyunlarında iştirak etməyin əksinə deyillər, amma son qərar respublikanın idman ictimaiyyətinin müştərək müzakirələrindən sonraqəbul ediləcək. MOK-un 10 mart tarixli iclası kuliminasiya nöqtəsi oldu. Qarşıdan gələn səfərin bütün müsbət və mənfi tərəfləri müzakirə edildi. Müzakirə yetərincə səs-küylü atmosferdə keçdi, hamıya öz fikrini ifadə etmək imkanı verildi. Son qərar sizə artıq məlumdur. Əminəm ki, idmançılarımız oyunlarda özlərini ən yaxşı tərəfdən göstərəcəklər, və Ermənistanın bayrağı Bakıda mütləq dalğalanacaq.
- Azərbaycanın paytaxtında bayrağın dalğalandırılması idmançıların həyatını riskə atmağa dəyərmi?
- Erməni nümayəndə heyətinin təhlükəsizliyinin təmin ediləcəyinə heç bir şübhə yoxdur. Azərbaycan hakimiyyəti birinci növbədə hər şeyin münaqişəsiz keçməsində maraqlıdırlar. Əsas problem psixoloji atmosferdədir. Bizim rəqibimizin azərbaycanlı və ya digər birinin olmasındna asılı olmayaraq tribuna bizə qarşı olacaq. Qalan heç bir şeydə problem olmamalıdır.
- Səfər haqqında qərar yekdilliklə qəbul edilib?
- Bəli. Qeyd edim ki, təşkilatn nizamnaməsinə müvafiq olaraq səs vermək hüququna yalnız icra komitəsinin üzvləri malikdirlər. Amma MOK-un prezidenti Qagiq Tsarukyan vəziyyətin vacibliyini nəzərə alaraq, səsvermədə idman federasiyalarının nümayəndələrinin də iştirakını təklif etdi. Sizin güləş və taekvondoya dair sual verəcəyinizi bilərək, demək istərdim ki, Ermənistan MOK-un iclasından sonra güləşçilər federasiyanın icra komitəsinin iclasını keçirərək Bakıya getməyi qərara aldılar. Biz azərbaycanla diplomatik əlaqələrə malik deyilik? Bəs onda nəyə görə biz Macarıstan və ya Türkiyəyə yarışlara gedirik? Ermənistan qaliblər ölkəsidi. Nəyə görə kimdənsə qorxmalıyıq? Bəzi publikasiyaları oxuduqda elə təsəvvür yaranır ki, sanki Qarabağ müharibəsini biz uduzmuşuq. Məğlublar psixologiyası bizə aid deyil. Qoy onlar bizə gəlməkdən qorxsunlar, necə ki dəfələrlə belə də olub. Biz gedəcəyik, və mütləq qalib gələcəyik, bütün bu söhbətlər isə unudulacaq. Özümüzü niyə idman aləmindən təcrid etməliyik ki?
- Bizim idman məmurlarımız və məşqçilərimiz idmançılarımızın əsas uğursuzluqlarının səbəbi kimi psixoloji duruma və pis hakimliyə istinad etməyi sevirlər. Belə çıxır ki, mümkün aşağı göstəricilər üçün izahat artıq “bron edilib”?
- Mən belə bəraətlərin əleyhinəyəm, amma siz haqlısız. İstənilən ölkədən qayıtdıqda uğursuz nəticə zamanı arbitrin ünvanına, həm də “belə biabırçı hakimlik ilə hələ qarşılaşmamışdıq”, “arbitrdən şikayət etməyi sevmirəm amma bu dəfə...” kimi müqəddimə ilə ittihamlar söylənilir. Əgər birbaşa rəqib yoxdursa, məsələn, ağır atletika, atıcılıq və s. o zaman psixologiyanı günahlandırırıq. Əslində isə problem başqa bir şeydədir. Səhv və uğursuzluqları etiraf etmək üçün qüvvə və cəsarət tapmaq lazımdır. Bu qəbildən olan bəyanatlar ictimaiyyət üçündür, amma biz peşəkar çevrədə idmançıların çıxışlarını müzakirə edərkən öz-özümüzlə doğrunu söyləməliyik.
Hakimlik haqqında bunu deyə bilərəm: bizə mane olmayacaqlar, amma hakimlik də etməyəcəklər. Söhbət arbitrin idmanda hər zaman yer aldığı adi səhvlərdən getmir. Erməni tərəfi, təhlükəsizlik zəmanətini müzakirə edərkən 14 bənd irəli sürüb, onlardan biri hakim “təhlükəsizliyi”nə aiddir. BOK və AOK bizə bitərəf hakimlik vəd ediblər. Azərbaycan bu istiqamətdə addım atsa biz boş oturmağı düşünmürük.
- Hakimlik üçün hansısa federasiya cavabdehdir. Yoxsa BOK və AOK?
- Ayrı federasiya, amma BOK və AOK öz nəzarətlərini həyata keçirəcəklər. Mən dəfələrlə demişəm ki, oyunlar məhz Azərbaycana aid deyil. Qeyd edim ki, AOK nümayəndələrindən biri bütün oyunlar boyu, o cümlədən də yarışlar zamanı Ermənistan nümayəndə heyəti ilə bərabər olacaq. Biz digər idmançılar ilə Olimpiya kəndində yaşayacağıq. Bizə iki variant təklif edilmişdi: Olimpiya kəndində və ondan kənarda. Hər iki halda təhlükəsizliyimizə zəmanət verilirdi, erməni tərəfinin seçimi birmənalı oldu. Heç bir təcrid söhbəti ola bilməz – hamı bərabər şərtlər altında olmalıdır. Beləcə biz özümüzü su və qida planında istənilən sürprizlərdən də qoruya bilərik. İdmançılar bir yerdə qidalanacaqlar, bu isə bir neçə min adam deməkdir.
- Oyunlara hazırlıq necə gedir?
- Yüksək səviyyədə. Mən buna şəxsən cavbdehəm. Bütün təhlillər, toplantılar, labüd beynəlxalq turnirlər, ən yaxşı idman inventarı təmin ediləcək. Biz idmançıların hazırlıq proqramını təqdim edən federasiyalar ilə sıx əməkdaşlıq edirik. Yeganə taekvondoçu Arman Yeremyan üçün lazım olan hər şeyi edəcəyik, onun üçün Bakı turniri reytinq turniridir.
O, yalnız reytinq üçün deyil, Bakıda medal qazanmaq üçün gedir. Ora, yalnız bu gün üçün ən güclülər gedəcək. “Əsas qələbə deyil, iştirak etməkdir” olimpiya şüarı burada işləmir. Bizim Bakıda şüarımız “Əsas iştirak deyil, qələbədir”
- Bəs medalsız qayıtsaz necə?
- Bakıdan medalsız qayıtmayacağıq.