UEFA-nın birinci vitse-prezidenti Şenes Erzikin fəaliyyət müddəti başa çatıb.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən konqresdə türkiyəli Erzik idarə heyətindəki vəzifəsindən ayrılıb.
Onunla yanaşı, UEFA İcraiyyə Komitəsindəki fəaliyyəti başa çatan Sergey Fusenko (Rusiya) və Mirça Sandu (Rumıniya) da qurumla vidalaşıb.
Qeyd edək ki, Şenes Erzik 1982-ci ildən UEFA-da çalışırdı.