ABŞ-da təlim-məşq toplanışı zamanı zədə səbəbindən məşqi yarımçıq tərk edən Argentina millisinin futbolçusu Lionel Messinin durumuna aydınlıq gəlib.
Sportarena.az Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ötən gün səhər saatlarında Vaşinqtondakı özəl klinikaların birində tibbi müayinədən keçən futbolçununn ciddi zədəsi olmadığı məlum olub.
Messi martın 28-də Salvador, 31-də isə Ekvador yığması ilə keçiriləcək oyunlarda iştirak edə biləcək.
Qeyd edək ki, 27 yaşlı forvard “Real”la qarşılaşmada ayağından zədələnmişdi.