"Qızların təslim olmamaları mənim xoşuma gəldi"

12:37 25 Mart 2015

“Bu gün əla matç alındı”.

 

 

 Sportarena.az xəbər verir ki, bu sözləri Krasnodar "Dinamo"sunun baş məşqçisi Konstantin Uşakov deyib.

 

O, ötən gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində doğma publika önündə “Rabitə”yə 3:1 hesabı ilə qalib gəldiyi matçdan danışıb: “Uraloçka”ya məğlubiyyətindən sonra qızların təslim olmamaları mənim xoşuma gəldi. Onalar sona qədər vuruşdular. Əsl xarakter göstərdilər. Qalibiyyət setlərinin sonlarında biz iki-üç müsbət hərəkətin hesabına “Rabitə”ni məğlub etdik. Bu anlarda biz blokda və müdafiədə yaxşı oynadıq. Bu bizə qalib gəlmək şansımızı artırdı. İki hissənin sonlarında uduzurduq, amma bu elementlərin hesabına qələbəni qopara bildik. Üstünlük hücuma çıxan qızlar çox kömək etdilər”.

 


Digər xəbərlər

Xəbər xətti