İngiltərə Avropa çempionatına ev sahibliyi etmək istəyindədir

13:21 25 Mart 2015

İngiltərə 2028-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürəcək.

 

 

Sportarena.az  "Te Guardian"a istinadən xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmisi Qreq Dayk məlumat verib:

"İngiltərə "DÇ-2026"ya ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər. Lakin həmin il mundialın Avropada keçirilmək şansı sıfıra bərabərdir. Üstəlik qərar qəbul olunduğu vaxt Yozef Blatter yenə FİFA-nın prezidenti vəfizəsində ola bilər. Biz Blatterin rəhbərliyi altında heç bir turnirə ev sahibliyi etmək istəmirik. Ona görə də "Avro-2028"yə ev sahibliyi etmək üçün namizədliyimizi irəli sürəcəyik. Çünki UEFA ilə yaxşı münasibətlərimiz var. Ancaq 2028-ci ilə hələ çox var".

Qeyd edək ki, "Avro-2020"nin yarımfinal və final oyunları İngiltərənin "Uembli" stadionunda keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti