Rusiya futbolunda biabırçılıq - FOTO

14:01 25 Mart 2015

Rusiya çempionatında keçirilən "Mordoviya" - "Lokomotiv" oyunundan əvvəl yaşananlar şimal qonşuluğumuzda böyük qınağa səbəb olub.

 

Sportarena.az xəbər verir ki, oyundan əvvəl Saranska güclü qar yağıb. Meydançanı hazır vəziyyətə gətirmək üçün ot örtüyünün qardan təmizlənməsi lazım olub. Jurnalistlərin elə bu an çəkdiyi foto Rusiyada ictimai qınaqla qarşılanıb.

Belə ki, meydançanı qardan qadınlar təmizləyir. Özü də bu qadınlardan biri olduqca yaşlıdı. Rusiya ictimaiyyəti qadınları belə ağır işə məhkum etdiyinə görə, "Mordoviya" klubunun rəhbər şəxslərini kəskin tənqid edib.

"Mordoviya"nı "Qəbələ"nin keçmiş baş məşqçisi Yuri Syomin çalışdırır.

 


Digər xəbərlər

Xəbər xətti