Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Maltanın Gürcüstana qarşı bu gün keçirəcəyi oyuna futbolçularımızın baxmasını istəmir.
Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssis maltalıların bu görüşdə qəsdən fərqli oynayıb, martın 28-də Bakıda başqa cür çıxış edəcəyindən ehtiyatlanır.
Bu üzdən də o, oyunçular üçün bu matçın yayımını təşkil etməyəcək. Prosineçki sadacə, qarşıdakı günlərdə bu matçın bəzi epizodlarını komandamızın üzvlərinə göstərməyi planlaşdırır.